Aİ ölkələri Bakıda keçiriləcək COP29 üçün prioritetləri açıqlayıb
Far.Az xəbər saytı

Aİ ölkələri Bakıda keçiriləcək COP29 üçün prioritetləri açıqlayıb


Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Aİ danışıqlar qrupuna iqlimin mühafizəsi üzrə komissarı Vopke Hukstra başçılıq edəcək.

"Report" Avropa Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlarda əsas diqqət inkişaf etməkdə olan ölkələrə dəstək üçün yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul edilməsi yolu ilə “yaşıl keçid”in illik minimum 100 milyard dollar səviyyəsindən başlayaraq maliyyələşdirilməsi məsələsinə yönəldiləcək.

Aİ həmçinin dünya ölkələrinin keçən il Dubayda keçirilən COP28-də qəbul edilmiş 2030-cu ilə qədər qalıq yanacaqdan imtina, bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması ilə bağlı tarixi qərarın - BƏƏ konsensusunun həyata keçirilməsini təmin etməyə çalışacaq.

"Aİ emissiyaların azaldılması, xüsusilə 2025-ci ildə COP30-dan əvvəl qəbul edilməli olan milli iqlim hədəflərinin və ya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti raundu üçün çərçivələrin müəyyən edilməsində ötənilki siyasi təkanı qoruyub saxlamağa çalışacaq.

Həmçinin emissiyaların azaldılmasına töhfə verməklə şəffaflığı və ekoloji bütövlüyü təmin etməli olan beynəlxalq karbon bazarlarının qaydalarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları başa çatdırmaq istəyi də var. Aİ, həmçinin uyğunlaşma siyasəti və iqlim dəyişikliyinə qlobal dayanıqlığın artırılmasında irəliləyişi təmin etməyə davam edəcək”, - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Avropa komissarı Vopke Hukstra Bakıda keçiriləcək PreCOP iclasında iştirak edəcək
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər