Minsk qrupu fəaliyyətini Qarabağ münaqişəsinin dondurulmasına yönəltmişdi - RƏY
Prezident İlham Əliyevin Zəngilan və Cəbrayılda çıxışları mühüm mesajlarla diqqətdədir və hazırda dünya mətbuatında geniş şərh edilir. Dövlət başçısının elə bir çıxışı yoxdur ki, 1992-ci ildə bilavasitə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan, hazırda isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs etməsin.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, Minsk qrupu və onun həmsədr ölkələri fəaliyyətlərini Ermənistana dəstək missiyasını yerinə yetirmək kimi başa düşərək bütün addımları bir məqsədə-Qarabağ münaqişəsinin dondurulmasına yönəltmişdilər:
"Hər zaman bu məqamı xüsusi qeyd edirik ki, həmin ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatma ona görə dönə-dönə edilir ki, onlar Qarabağla bağlı 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak ediblər.
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının, eyni zamanda, Ermənistan silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyinin əksini tapdığı həmin qətnamələrin qəbulunda iştirak edən dövlətlər reallıqda tamamilə fərqli yanaşma nümayiş etdirdilər. İkili standartlara əsaslanan siyasətin yaratdığı problemləri Azərbaycan istər keçmiş Qarabağ münaqişəsinin həllində, istərsə də postmünaqişə dövründə özünə qarşı daha aydın şəkildə görür".
Vətən müharibəsi zamanı Azərbaycana təzyiqləri xatırladan V. Rəhimzadə diqqətə çatdırıb ki, Prezident də Azərbaycanı dayandırmaq istəyənlərin çox olduğunu vurğulayıb:
"Prezident qeyd etdi ki, birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr idi. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Dövlət başçısı onu da vurğuladı ki, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmayıb. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Onlar bizim şəhərlərimizi, kəndlərimizi "İsgəndər-M", "Skad" və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsində müharibə aparırdılar. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq".
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı bunların qarşısında böyük iradə nümayiş etdirdi. Azərbaycan müstəqil dövlət kimi hər zaman siyasətində qətiyyəti ilə beynəlxalq aləmin diqqətindədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













