Davit Volkov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib
Far.Az xəbər saytı

Davit Volkov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib


Misli Premyer Liqasının XXXI turu "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib.

Gürcüstanlı legioner "İmişli" ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.

Debütü 2018/2019 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, "Qəbələ"də 27 (7 qol), "Sabah"da 63 (16 qol), "Zirə"də 110 (37 qol) matçın iştirakçısı olub.

Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.

Oxşar xəbərlər

Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
FHN Qəbələ aeroportunda təlim keçirib
Abdullah Zubir "Qarabağ"ın heyətində yubiley matçına çıxıb
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər