Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib
Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qlobal diqqətin şəhərlərin gələcəyinə, mənzil sahəsinə və dayanıqlı şəhər inkişafına cəlb edilməsində mühüm rol oynayacaq.
Far.Az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax "X" sosial şəbəkəsində yazıb.
"Nöbəti həftə Bakı şəhərlərin gələcəyi, mənzil sahəsi və dayanıqlı şəhər inkişafı məsələlərinə qlobal diqqətin cəlb olunmasında mühüm rol oynayacaq", - o yazıb.
A.Rossbax, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə WUF13-ün hazırlığına göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün WUF13 ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisində görülən işlərlə tanış olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Ciqan valideynlikdən məhrum oluna bilər













