Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib
Far.Az xəbər saytı

Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib


Azərbaycanda "TikTok"a nəzarətin gücləndirilməsini təklif olunur.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, insan alveri və insan istismarı halları dünya miqyasında olduğu kimi, Azərbaycanda da müəyyən formada mövcuddur və yeni çağırışlarla özünü göstərir:

"Müasir texnologiyaların inkişafı, sosial şəbəkələrin geniş yayılması bu sahədə yeni risklər formalaşdırır. Bu baxımdan hesab edirəm ki, sosial şəbəkələrə, xüsusilə "TikTok" platformasına nəzarət daha da gücləndirilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən bu platformada əxlaqsızlığın təbliği, insanların mənəvi dəyərlərinə zidd davranışların nümayiş etdirilməsi və gənclərin yanlış istiqamətləndirilməsi kimi hallara rast gəlinir. Xüsusilə azyaşlıların və yeniyetmələrin bu cür zərərli paylaşımların təsiri altına düşməsi ciddi narahatlıq doğurur".

S.Salmanova bildirib ki, aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilir, monitorinqlər aparılır, qanunsuz fəaliyyətlə məşğul olan şəxslər məsuliyyətə cəlb olunur:

"Lakin hesab edirəm ki, sosial şəbəkələrə nəzarət daha da gücləndirilməli, cəmiyyətin mənəvi təhlükəsizliyinə təhdid yaradan hallara qarşı daha prinsipial mövqe nümayiş etdirilməlidir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub:

"Son illərdə bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin artırılması mühüm nəticələr verib. İnsan alveri cinayətlərinin aşkar olunması, zərərçəkmiş şəxslərin müdafiəsi, onların reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində insan alverinə qarşı mübarizə mexanizmləri daha da gücləndirilib".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər