Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq
Misli Premyer Liqasının XXXI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
"Report"un məlumatına görə, əvvəlcə "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ"ın 62 xalı var. 20 xala malik "Qəbələ" isə 11-ci yerdədir.
Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da startı veriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.
"Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 38 xala malik "Sumqayıt" isə hazırda yeddincidir.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Premyer Liqasında XIX tura iki oyunla start veriləcək
Azərbaycan Premyer Liqası: XV tura iki oyunla yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Ebru Gündeş 5-ci dəfə evlənir?
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq













