ADB Azərbaycanın səhiyyə sahəsində islahatlara dəstək verməyə hazırdır
Far.Az xəbər saytı

ADB Azərbaycanın səhiyyə sahəsində islahatlara dəstək verməyə hazırdır


Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatlara dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə ADB-nin Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstrom ölkənin səhiyyə naziri Teymur Musayevlə keçirdiyi görüşdə deyib.

O, bu sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirib.

T. Musayev həmçinin vurğulayıb ki, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq səhiyyə sektorunda həyata keçirilən islahatların daha effektiv icrasına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir. Nazir gələcəkdə innovativ layihələrin, xüsusilə regional səhiyyə infrastrukturunun inkişafı və tibbi kadr potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

T. Musayev bildirib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin dayanıqlı inkişafı, tibb infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib: "Son illərdə ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər