Cəlilabadda "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası salınır
Far.Az xəbər saytı

Cəlilabadda "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası salınır


Cəlilabadda "Sağlam məhəllə" layihəsi icra olunur.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır.

Ərazidə minifutbol və basketbol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları quraşdırılacaq.

Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını stimullaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və idman infrastrukturunu gücləndirməkdir.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər