WUF13 müddətində Bakı məktəblərində tədris "Rəqəmsal məktəb" üzərindən aparılacaq
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.
Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər "Rəqəmsal məktəb" platforması üzərindən tədris olunacaq.
Müəllimlər şəxsi kabinetlərindəki "Microsoft" alətləri bölməsi vasitəsilə "Teams" platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.
Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
-
Azərbaycanla Moldova təhsil və tədqiqat sahəsində əməkdaşlığı inkişaf etdirir
-
Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
-
Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
-
Cəmiyyət Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir













