Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri görüş keçirilib
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Namibiya, Toqo, Burkina Faso, Komor adaları, Çad, Lesoto, Nigeriya, Madaqaskar və Esvatini Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib.
MOK-dan "Report"a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq idarənin müdiri Anar Bağırov, Gənclər İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və MOK-un mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev iştirak ediblər.
Çingiz Hüseynzadə qonaqları salamlayaraq belə böyük nümayəndə heyəti ilə dəyirmi masa ətrafında görüşdən məmnunluğunu bildirib.
Baş katib Azər Əliyev çıxış edərək Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.
MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Anar Bağırov qonaqlara Azərbaycan idmançılarının qazandığı mükafatlar barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlarında yüksək naliyyətlər qazanıblar. Bunun nəticəsidir ki, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.
Komor adlarının Millli Olimpiya Komitəsinin baş katibi Hilmi Abud Said, Toqo Milli Olimpiya Komitəsinin prezidenti Deladem Akpaki, Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub çıxış edərək bildiriblər ki, ölkəmizə səfərləri zamanı burada olan idman infrastrukturu Afrika qitəsindən olan rəsmilərin diqqətindən yayınmayıb.
Onlar vurğulayıblar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı yüksək nailiyyətləri barədə kifayət qədər məlumatları var və əldə olunan medallar ölkəmizdə idmanın inkişafının göstəricisidir.
Afrika qitəsindən gələn MOK rəsmiləri Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər İdman Nazirliyi ilə idman sahəsində əməkdaşlığın gələcəkdə böyük səmərə verəcəyini söyləyiblər. Qonaqlar fürsətdən istifadə edib, ölkəmizdə səmimi qarşılanmaya görə öz təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













