"Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub
Far.Az xəbər saytı

"Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub


Böyük Britaniyanın kino sahəsində aparıcı beynəlxalq nəşrlərindən olan "Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.

Far.Az xəbər verir ki, jurnalın üz qabığında Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi ilə bağlı informasiya verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli Qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilmiş xərclərin 25 faizi istehsalçıya geri qaytarılır. Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə çəkilmiş xərclərin daha 15 faizi istehsalçıya geri ödəniləcək. Beləliklə, istehsalçı şirkət xərclərinin 40%-ə qədərini geri ala biləcək. Bunu əsas götürərək jurnal Azərbaycanın xarici film istehsalçılarının sevimli məkanına çevriləcəyini bəyan edir.

Jurnalın may buraxılışı 79-cu Kann Film Festivalına həsr edilib. Hazırda Azərbaycan bu festivalda milli stendlə təmsil olunur.

Onu da bildirək ki, əsası 1889-cu ildə qoyulan "Screen International" jurnalı 1975-ci ildən indiki adı ilə nəşr olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər