Hikmət Hacıyev: Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı problemləri tam şəkildə anlayır
Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O bildirib ki, Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir: "Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib.
Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır













