Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir
Bakıda "Qlobal Cənub" QHT platformasının yaradılması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsinə, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformaların yaradılmasına sadiqliyini əks etdirir.
"Report"un məlumatına görə, bunu bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan ardıcıl olaraq dialoqu, çoxtərəfli əməkdaşlığı və inkişaf etməkdə olan ölkələr arasında daha sıx qarşılıqlı əlaqəni irəlilədir.
M.Babayev qeyd edib ki, indiki görüş təkcə mühüm institusional mərhələ deyil, həm də Azərbaycanda COP29 zamanı formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamıdır.
O vurğulayıb ki, platforma sadəcə dialoq məkanı deyil, həm də fəaliyyətin hərəkətverici qüvvəsidir: "Bu gün bu platformanın Bakıda I Baş Assambleyasını keçirməsi bu baxışın reallığa çevrildiyinin aydın təsdiqidir".
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib













