Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O, Azərbaycanın özünü Qlobal Cənubun bir hissəsi hesab etdiyini diqqətə çatdırıb:
"Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib. Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır".
H.Hacıyev Azərbaycanın 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.
O həmçinin təəssüflə qeyd edib ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir: "Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib













