Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Ceki Çanın iştirakı ilə əfsanəvi franşizanın yeni filmi olan "Tanrının yaraqları 4: Ultimatum"un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.
"Far.Az" "Variety"yə istinadən xəbər verir ki, filmin istehsalına iyulda başlanacaq, dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.
Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq. Layihə məşhur "Tanrının yaraqları" filmlər seriyasının Mərkəzi Asiya və Azərbaycanda çəkilmiş ilk hissəsi olacaq.
Filmin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsay olacaq. İstehsalla Qazaxıstanın "Salem Entertainment" şirkəti məşğul olur.
Süjetə əsasən, Ceki Çanın qəhrəmanı - Asiya qırğısı - uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş "Tumar" adlı qədim artefaktın axtarışlarına yenidən qayıdır.
Ceki Çan özü qeyd edib ki, regiondakı tərəfdaşlarla əməkdaşlıq yeni vizual və yaradıcılıq imkanları açacaq.
"Tanrının yaraqları" franşizası hələ 1986-cı ildə başlayıb və Ceki Çanın iştirak etdiyi ən populyar döyüş filmləri seriyasından birinə çevrilib. Sonuncu film – "Çin təqvimi" - 2012-ci ildə ekranlara çıxaraq prokatda 140 milyon dollardan çox gəlir toplayıb.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













