WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün təlim keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində gənclərin dayanıqlı şəhər inkişafına cəlb olunması məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Qarabağ Universitetinin tələbələrinə Forumun məqsədləri, ölkəmiz üçün əhəmiyyəti, eləcə də gənclər üçün maraq doğuran mövzular barədə ətraflı məlumat verilib.
Bu barədə "Far.Az"a WUF13-ün təşkilat komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gəncləri dayanıqlı şəhər inkişafı və müasir idarəetmə yanaşmaları barədə məlumatlandırmaq, həmçinin onların bu proseslərə daha fəal şəkildə cəlb olunmasını təmin etməkdir.
Tədbir çərçivəsində "Dayanıqlı Layihə İdarəetməsi" mövzusunda interaktiv təlim təşkil olunub və Layihə Düşüncə Məktəbinin ekspertləri dayanıqlı layihə idarəetməsi sahəsində öz praktiki təcrübə və biliklərini bölüşüblər. İştirakçılar real tapşırıqlar üzərində işləyərək layihələrin idarə olunması prosesini interaktiv şəkildə tətbiq etmək imkanı əldə ediblər.
Bununla yanaşı, tələbələr strateji qərarvermə və planlama, eləcə də komanda işi bacarıqlarının inkişafına yönəlmiş, beynəlxalq səviyyədə tanınan interaktiv "Sea Wolf Game" biznes simulyasiyasında iştirak ediblər. Üç saat davam edən vorkşopun sonunda qalib komandalar və fəal iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıblar.
Tədbirin əsas hədəfi Qarabağ regionunda müasir idarəetmə yanaşmalarını təşviq etmək və gəncləri "Green Project Management P5" (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) prinsipləri ətrafında maarifləndirməkdir. Bu yanaşma gələcək layihələrdə həm biznes səmərəliliyini, həm də sosial məsuliyyət və ətraf mühitin qorunmasını bir araya gətirməyə xidmət edir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb













