BYD və "Lexus" "Gənclik"dəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var
Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Far.Az-in sorğusunu cavablandırıb. Məlumata görə, qəza Həsən Əliyev küçəsində saat 14:00 radələrində qeydə alınıb.
Belə ki, BYD markalı 77-UL-354 dövlət qeydiyyat nişanlı avtomobil, "Lexus" markalı 99-TT-509 dövlət nömrə nişanlı maşın və "Hyundai" markalı 77-SH-954 qeydiyyat nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Şahanə Xankişiyeva
***14:52
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az-in "Qaynar xətt"inə daxil olan məlumata görə, hadisə "Gənclik" metro stansiyasının yaxınlığındakı tuneldə qeydə alınıb.
Bildirilir ki, qara rəngli "Lexus" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.
Hadisə zamanı ölən olmadığı qeyd edilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sumqayıtda zəncirvari QƏZA: Səkkiz maşın toqquşdu
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













