Yannik Sinner "Masters" turnirində yeni rekord müəyyənləşdirib
Far.Az xəbər saytı

Yannik Sinner "Masters" turnirində yeni rekord müəyyənləşdirib


Dördqat "Böyük Dəbilqə" çempionu Yannik Sinner "Masters" seriyalı turnirlərdə ardıcıl 32-ci qələbəsini qazanmaqla yeni rekorda imza atıb.

"Far.Az" xəbər verir ki, italyalı tennisçi bu göstərici ilə serbiyalı Novak Cokoviçi (31) geridə qoyub.

O, bu formatlı turnirlər tarixində ən uzun qələbə seriyasına imza atıb.

Y.Sinner rekorda səbəb olan qələbəsini İtaliyanın paytaxtı Romada keçirilən turnirin 1/4 finalında qazanıb. O, dünya reytinqində 14-cü pillədə qərarlaşan rusiyalı Andrey Rublyovu 6:2, 6:4 hesabı ilə məğlub edib.

İtaliyalı tennisçi finala vəsiqə uğrunda matçda Daniil Medvedev (Rusiya) – Martin Landalus (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
SSRİ-nin dördqat xizəksürmə çempionu faciəvi şəkildə ölüb
Alim Nəbiyev MMA üzrə ardıcıl olaraq üçüncü qələbəsini qazandı - VİDEO
Yannik Sinner 2016-cı ildən bəri 14000 reytinq xalını keçən ilk tennisçi olub
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər