WUF13 çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək
Bakı Şəhərsalma həftəsi çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, mayın 16-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının tərkib hissəsi olan "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Şəhərin Səsi" tədbiri keçiriləcək.
"Şəhərin səsi" tədbiri çərçivəsində memarlıq və şəhərsalma mövzuları musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı ifadə vasitələri ilə təqdim olunacaq:
"Tədbirin məkanı olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası müasir audiovizual incəsənət mərkəzinə çevriləcək. Tədbir zamanı Bakının qədim yaddaşının və yaradıcı enerjisinin müasir bədii yanaşma ilə vəhdətini əks etdirən rəqəmsal proyeksiyalar canlanacaq, fərqli canlı vizual nümayişlər keçiriləcək, divar rəsmi konsepti və qraffiti elementləri sərgilənəcək. Məkanın dinamik abu-havası isə elektron musiqi və DJ çıxışları ilə tamamlanacaq.
"Şəhərin səsi" tədbiri 16 may 2026-cı il tarixində saat 19:30-da başlayacaq",- məlumatda qeyd olunub.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir, iştirak isə əvvəlcədən qeydiyyat əsasında mümkün olacaq. Tədbirdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













