Milli Observatoriya 60 mindən çox iş elanının təhlilini aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə iş elanları üzrə daha genişmiqyaslı kəmiyyət təhlili aparıb.
Milli Observatoriyadan "Far.Az"a verilən məlumata görə, iş elanı platformalarında 2022–2025-ci illərdə təqdim edilən 61 min 400 vakansiya qurum tərəfindən təhlil olunub və əmək bazarında ən çox tələb edilən 10 prioritet peşə istiqaməti müəyyən olunub. Bunlar aşağıdakılardır:
• satış təmsilçisi;
• mühasib;
• satınalma və təchizat;
• satış planlanması;
• SMM, proqramçılıq, məzmun xidməti;
• insan resurslarının idarəedilməsi;
• müəllim;
• kredit üzrə mütəxəssis;
• işə qəbul üzrə mütəxəssis;
• qeydiyyat xidməti əməkdaşı.
Məlumatda bildirilib ki, qeyd edilənlərlə yanaşı, təhsil, maliyyə və İT sahələri əmək bazarında sabit və strateji əhəmiyyətli istiqamətlər olaraq qalmaqdadır.
"Araşdırılan dövr ərzində iş elanlarının əksər hissəsində əməkhaqqı göstərilməyib. Əməkhaqqı göstərilən iş elanlarında isə təklif olunan əməkhaqlarının orta aylıq məbləği 2022-ci ildə 745, 2023-cü ildə 858, 2024-cü ildə 939, 2025-ci ildə 959 manat təşkil edib. Bütün illər üzrə vakansiyalarda ən çox tələb edilən yumşaq bacarıq ünsiyyət bacarıqları olub. Həmin göstəricinin yüksək olması işəgötürənlərin texniki biliklərlə yanaşı, namizədlərin insanlarla işləmək, fikrini aydın ifadə etmək və iş mühitində effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə xüsusi önəm verdiyini göstərir. Komanda ilə işləmək və məsuliyyətlilik isə ikinci və üçüncü ən çox tələb olunan yumşaq bacarıqlar sırasında yer alıb", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













