Mbappe və Dembele futbol üzrə Fransa millisinin heyətinə daxil ediliblər
"Real Madrid"in hücumçusu Kilian Mbappe və "PSJ"nin hücumçusu Usman Dembele Fransanın 2026-cı il Dünya Kuboku üçün heyətinə daxil ediliblər.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa və PSJ-nin qapıçısı Lukas Şevalye heyətdə yer almayıblar.
Heyətə 26 futbolçu daxil edilib. Bunlar qapıçılar Mayk Menyan (Milan, İtaliya), Bris Samba (Renn), Robin Risser (Lans), müdafiəçilər Jül Kunde (Barselona, İspaniya), Luka Din (Aston-Villa, İngiltərə), Uilyam Saliba (Arsenal, İngiltərə), Malo Qyusto (Çelsi, İngiltərə), Lyuka Ernandes (PSJ), Teo Ernandes (Əl-Hilal, Səudiyyə Ərəbistanı), Dayo Upamekano (Bavariya, Almaniya), İbrahima Konate (Liverpul, İngiltərə), Maksans Lakrua (Kristal Pelas, İngiltərə), yarımmüdafiəçilər N'Qolo Kante (Fənərbaxça, Türkiyə), Manu Kone (Roma, İtaliya), Adrien Rabio (Milan, İtaliya), Orelien Çouameni (Real Madrid, İspaniya), Varren Zair-Emri (PSJ), hücumçular Maqnes Akliuş (Monako), Bredli Barkolya, Dezir Due, Dembele (hamısı PSJ), Rayan Şerki (Mançester Siti, İngiltərə), Jan-Filipp Mateta (Kristal Pelas, İngiltərə), Mbappe (Real Madrid, İspaniya), Maykl Olise (Bavariya, Almaniya), Markus Türam (İnter, İtaliya).
Fransa milli komandası iki dəfə Dünya Kubokunu qazanıb (1998 və 2018). Son turnirdə komanda finalda Argentinaya penaltilərdə uduzaraq ikinci yeri tutub. Didye Deşam Fransa millisinin baş məşqçisidir.
Fransa millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Seneqal, İraq və Norveç komandaları ilə oynayacaq.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













