Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanları araşdırılıb
Far.Az xəbər saytı

Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanları araşdırılıb


Azərbaycanın Bolqarıstandakı səfirliyi 2026-cı ildə keçirilməsi planlaşdırılan yüksək səviyyəli tədbirin hazırlığı barədə fikir mübadiləsi aparmaq üçün bu ölkənin aparıcı akademik institutlarının nümayəndələrini, enerji ekspertlərini və strateji maraqlı tərəfləri bir araya gətirərək "Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid" mövzusunda müzakirələrə ev sahibliyi edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Müzakirələrdə enerji təhlükəsizliyi, yaşıl keçid, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiyalar və akademik tərəfdaşlıq sahələrində Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanlarına diqqət yetirilib, eyni zamanda əlaqəlilik və enerji dayanıqlılığının daha geniş regional ölçülərini araşdırılıb", - məlumatda qeyd olunub.

Görüş 2026-cı ildə keçirilməsi planlaşdırılan "Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid" mövzusunda yüksəksəviyyəli tədbir üçün hazırlıq platforması rolu oynayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər