Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Far.Az xəbər saytı

Azərbaycan avtomobil idxalını 9 % azaldıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyard 268 milyon ABŞ dolları dəyərində 66 285 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

“Far.Az” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 % çox və 9,1 % azdır.

9 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,4 dəfə artaraq 211 ədəd (24,597 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,8 % azalaraq 59 479 ədəd (1 milyard 106 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 15 710-u (443 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 245-i (88,6 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 48,2 %, ikincinin isə 6 % artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 23,3 % artaraq 6 242 ədəd (102 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,5 % artaraq 353 ədəd (36 milyon ABŞ dolları dəyərində) olub.

Oxşar xəbərlər

Azərbaycan avtomobil idxalını 10 %-dən çox azaldıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər