"Cırtdanın səyahəti" kitabının təqdimatı olub
Far.Az xəbər saytı

"Cırtdanın səyahəti" kitabının təqdimatı olub


"Üçüncü Bahar" İctimai Birliyinin (İB) təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimi tərəfindən ictimai əsaslarla hazırlanmış "Cırtdanın səyahəti" kitabının təqdimatı olub.

"Report"un məlumatına görə, əvvəlcə İB sədri Nərmin Qəniyeva təşkilatın ümumi fəaliyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, Birlik yaşlı insanların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin artırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir.

N.Qəniyeva qeyd edib ki, təşkilat onillik fəaliyyəti dövründə 46 mindən çox yaşlı insanın həyatında ümid, sevinc və yeni imkanlar qazandırmağa nail olub.

Daha sonra Birlik sədri inklüziv yanaşmaların tətbiqi məqsədilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimi tərəfindən ictimai əsaslarla ingilis, fransız, alman dillərində tədris-metodik vəsaitlər hazırlandığını qeyd edərək layihənin əsas məqsədinin inklüziv cəmiyyətdə maariflənmənin əlçatanlığını təmin etmək olduğunu vurğulayıb.

Ardınca layihənin rəhbəri professor Nərgiz Seyidova inklüziv yanaşmaların xarici dillərin tədrisinə inteqrasiyasının xüsusi əhəmiyyətindən bəhs edib.

"Bu, müxtəlif təhsil ehtiyacları olan şəxslərdə kommunikativ kompetensiyaların formalaşmasına mühüm töhfə verir. Hazırlanmış vəsaitlər fərdi xüsusiyyətləri və qavrama səviyyələri nəzərə alınmaqla tərtib olunub. Bu isə öz növbəsində dil bacarıqlarının mərhələli şəkildə formalaşdırılmasına xidmət edir", - o əlavə edib.

Professor materiallarda sadələşdirilmiş izahlar, vizual dəstək elementləri və praktik tapşırıqların yer almasının inklüziv təhsil mühitində effektiv istifadə üçün əlverişli olduğunu da diqqətə çatdırıb.

Daha sonra qonaqlar sözügedən kitab və "Üçüncü Bahar" İctimai Birliyinin fəaliyyəti barədə fikirlərini bildiriblər.

Birliyin yaşlı nəsil üçün göstərdiyi təşəbbüs yüksək qiymətləndirilib.

Eləcə də qeyd olunub ki, inklüziv təhsil müasir dünyada humanist təhsil paradiqmasının əsas tərkib hissələrindən biri kimi qiymətləndirilir.

Müzakirələr zamanı beynəlxalq təcrübədən yola çıxaraq inklüziv təhsilin dünyanın qabaqcıl ölkələrində bərabərlik və əlçatanlıq prinsiplərinə əsaslanaraq müxtəlif inklüziv modellər tətbiq edildiyi bildirilib.

Təqdimatın bədii hissəsi zamanı yaşlı və gənc nəslin nümayəndələrinin iştirakı ilə xarici dillərdə şeirlər və mahnılar ifa edilib.

Məlumat üçün bildirək ki, kitabın müəllifləri Nərgiz Seyidova, Aydan Göyçayeva, Turan Mehdizadə, Qönçə Əbdülrəhimova və Arəstə Xudiyevadır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər