Daşkənddə Türk Elm və İnnovasiya Günləri keçiriləcək
Far.Az xəbər saytı

Daşkənddə Türk Elm və İnnovasiya Günləri keçiriləcək


Özbəkistan oktyabr ayında Daşkənddə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Türk Elm və İnnovasiya Günlərini keçirəcək.

"Far.Az"un Türküstana ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.

Sənədə əsasən, TDT liderləri gənclərə, qadınlara və STEM istiqamətlərinə xüsusi diqqət yetirməklə rəqəmsal savadlılıq, süni intellektin öyrədilməsi, bacarıqların inkişafı və istedadların mobilliyi üzrə birgə proqramlar vasitəsilə insan kapitalının inkişafı sahəsində əməkdaşlığın fəallaşdırılmasına çağırırlar. Müntəzəm təhsil platformalarının, texnoloji və aerokosmik festivalların, eləcə də mübadilə proqramlarının təşkili prioritetlər sırasına daxildir.

"Özbəkistanın 2026-cı ilin oktyabrında Daşkənddə Türk Elm və İnnovasiya Günlərini keçirmək təklifini alqışlayır və türk dünyasının elmi əməkdaşlığını və innovasiya potensialını gücləndirmək üçün tədqiqatların dəstəklənməsi üzrə birgə proqramların işlənib hazırlanmasına çağırırıq", - sənəddə qeyd olunur.

Dövlət başçıları həmçinin 2025-ci il iyunun 25-də Bişkekdə qəbul edilmiş Kənd Təsərrüfatı Əməkdaşlığı üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, türk dövlətlərinin kənd təsərrüfatında rəqəmsal transformasiyanın təşviqinin və aqrar sektora rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər