Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Milli Konqres Mərkəzində 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov, qardaş ölkənin rəsmi qurumlarının nümayəndələri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, azərbaycanlı diaspor fəalları, həmçinin elmi və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış eədn səfir Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) islam dünyasında ilk demokratik dövlət olduğunu qeyd edib, AXC-nin qurucularının Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolunu vurğulayıb.
Diplomat Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi xidmətlərinə diqqət çəkib. O Azərbaycanla Türkiyə liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında qardaşlıq və strateji əlaqələrin möhkəmləndirilməsinə töhfələrini xüsusi qeyd edib.
"Güclü Azərbaycan güclü Türkiyədir. Azərbaycan və Türkiyənin əməkdaşlığı türk dünyasında birliyin və həmrəyliyin simvoludur", – R. Məmmədov bildirib.
Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanın uğurları hər sahədə özünü göstərir.
"Müstəqillik xalqın şərəfidir. Biz Silahlı Qüvvələrimizlə fəxr edir, şəhidlərimizin xatirəsini uca tuturuq. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə olunmuş nailiyyətləri qorumaq üçün əlimizdən gələni edəcəyik", – diplomatik nümayəndəliyin rəhbəri vurğulayıb.
Tədbirdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri A. Uraloğlu Prezident Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edib.
Nazir Ankara və Bakı arasındakı əməkdaşlığın türk dünyasının maraqları naminə daha da möhkəmləndirilməsinin vacibliyini bildirib. O, müasir Azərbaycanın nailiyyətlərini və türk dünyasında çoxşaxəli əlaqələrin gücləndirilməsi səylərini alqışlayıb.
Tədbir konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində Azərbaycanın nailiyyətləri və Bakı-Ankara əməkdaşlığı mövzusunda fotosərgi də təşkil olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













