Julie Perkins: "Şəhər və regional idarəetmələr qlobal problemlərin həllində kritik rol oynayır"
Şəhər və regional idarəetmələr qlobal problemlərin həllində kritik rol oynayır.
Bunu "Report"a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansında (GWOPA) Katibliyin rəhbəri Julie Perkins deyib.
J. Perkins WUF-u "şəhərlərlə bağlı çalışan insanların dünyadakı ən maraqlı görüş yeri" adlandırıb. "Forum müxtəlif baxışların, müzakirələrin və təşəbbüslərin bir araya gəldiyi açıq platformadır. Burada aparılan müzakirələr bu gün dünyada baş verən proseslər baxımından olduqca vacibdir. Şəhər, yerli və regional idarəetmə strukturları xüsusilə hazırda üzləşdiyimiz dayanıqlılıq problemlərinin həllində kritik rol oynayır".
Forum iştirakçısı mənzil böhranının həlli üçün yalnız tikinti deyil, baza şəhər xidmətlərinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: "Bura tullantıların idarə olunması, su və kanalizasiya xidmətləri, mobillik və ictimai nəqliyyat daxildir. Bu xidmətləri təmin edən qurumlar hər kəs üçün mənzil təminatının yaradılmasında mühüm rol oynayır. Ümid edirəm ki, gələcəyin şəhərləri yaşamaq üçün çox rahat olacaq. Hər kəs üçün yer olan, təbiətlə harmoniya içində inkişaf edən şəhərlər formalaşacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib













