Azərbaycan şahmatçıları Qazaxıstandan 2 qızıl, 1 bürünc medalla qayıdır
Azərbaycanın şahmatçıları Qazaxıstanın Astana şəhərində keçirilən türkdilli ölkələr arasında çempionatı 2 qızıl, 1 bürünc medalla tamamlayıblar.
Azərbaycan Şahmat Federasiyasından Far.Az-ə verilən məlumata görə, yarış üç kateqoriyada - kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.
Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət milli altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub.
Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu yığma yarışı birinci pillədə başa vurub.
Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə, 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medal əldə edib.
Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub.
Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayan kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.
Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.
Qalereya
Oxşar xəbərlər
Global Media Group şahmat turniri təşkil etdi
Azərbaycan şahmatçıları qalib olublar
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur













