"Nar" "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib
Sərfəli mobil operator "Nar" DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib.
WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib.
Tədbirdə "Nar"ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib.
Qeyd edək ki, "Nar" layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti ilə tanış olub, gündəlik iş proseslərində iştirak edərək peşəkar və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
"Nar" WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb













