Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib
Far.Az xəbər saytı

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib


Xəzər dənizinin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib.

Far.Az Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, Almaniyanın Marburq Filipp Universitetinin professoru, sualtı arxeologiya üzrə tanınmış mütəxəssis Winfried Held və Münhen Universitetinin doktoru, klassik arxeologiya və incəsənət tarixi üzrə ekspert Latife Summerer Xəzər dənizinin Lənkəran şəhəri hissəsində arxeoloji kəşfiyyat işləri aparıblar.

Tədqiqatlar şəhərin dəmir yolu stansiyasının yaxınlığındakı sahilboyu ərazidə, təxminən 2 kilometr radiusda həyata keçirilib. Kəşfiyyat zamanı sahildən XI-XIII əsrlərə aid çoxsaylı şirsiz və şirli saxsı qab fraqmentləri aşkarlanaraq toplanılıb.

Arxeoloqların ehtimallarına görə, vaxtilə bu ərazidə Orta əsrlərə aid yaşayış məskəni olub. Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yerinin bir hissəsinin su altında qaldığı bildirilir.

Mütəxəssislər sahilboyu ərazini ətraflı şəkildə nəzərdən keçirib, gələcəkdə burada müasir metodlardan istifadə olunmaqla daha geniş arxeoloji və sualtı tədqiqatların aparılması imkanlarını müzakirə ediblər.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Görkəmli arxeoloq Fazil Osmanovun 90 illik yubileyi qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər