Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Bu gün "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.
Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair qanunvericilik, "Binalarda Enerji Səmərəliliyi Tətbiqi" üzrə hesablama metodologiyası, tikinti prosesində "Enerji Səmərəliliyi Sertifikatı" mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum arasında görüş olub. COP29-un Prezidenti Muxtar Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə liderlərinin qardaşlığı və siyasi iradəsinin gücü ilə münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında neft-qaz, elektrik enerjisi və enerji bağlantıları sahələrində uzunmüddətli strateji enerji tərəfdaşlığının hazırda enerji səmərəliliyi üzrə genişlənməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Enerji Forumunun əsas istiqamətlərindən biri olan enerji səmərəliliyi sahəsində fəal əməkdaşlıq həyata keçirildiyi və Türkiyə təcrübəsinin faydalı olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın enerji səmərəliliyi ilə bağlı həyata keçirdiyi tədbirlər, "Enerji Effektivliyi Fondu" barədə məlumat verilib. Ölkəmizin COP təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib













