Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək
Far.Az xəbər saytı

Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək


İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.

"Report" Füzuliyə ezam olunan əməkdaşının məlumatına görə, "Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.

Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Oxşar xəbərlər

“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıb
Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər