Kosinyak-Kamış: ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqonun rəhbəri Pit Heqsetlə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Polşa Baş naziri müavininin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, söhbət zamanı Vaşinqton Varşavanı ABŞ-nin Polşada hərbi mövcudluğunun qorunub saxlanılacağına əmin edib.
"ABŞ-nin müharibə naziri təsdiq edib ki, Vaşinqtonun Polşanın müdafiəsinə və təhlükəsizliyinə sadiqliyi dəyişməz qalır. Hərbi əlaqələrimiz möhkəmdir və bu gün bu, açıq şəkildə təsdiqlənib. Söhbətimiz zamanı mən dəfələrlə eşitdim ki, Polşa nümunəvi müttəfiqdir və Birləşmiş Ştatlara tam arxalana bilər. Amerika silahlı qüvvələrinin və texnikasının Avropada yenidən dislokasiyası prosesi tam sürətlə gedir, lakin Amerika qoşunlarının Polşadakı imkanlarının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib", - Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, hazırda Pentaqon öz qoşunlarının bütün Avropada yerləşdirilməsi üçün yeni plan hazırlayır. "Biz Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsi və Amerika qoşunlarının Polşada mövcudluğunun optimal modelinin işlənib hazırlanması istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik", - nazir əlavə edib.
Qeyd edək ki, hazırda Polşada 10 minə yaxın Amerika hərbçisi dislokasiya olunub.
Oxşar xəbərlər
İlham Əliyev Slovakiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar
Pentaqon ABŞ-nin NATO-nun bir neçə mexanizmində iştirakını azaltmağı planlaşdırır
Varşavada gizli plan: Ermənistan Polşadan hansı silahları alır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Miroslav Kloze "Latsio" klubunu çalışdıra bilər
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Azərbaycanda daha bir aqropark yaradılıb













