Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib
Far.Az xəbər saytı

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib


Kuzbassda "Raspadskaya" mədəninin demontaj kamerasında gecə saatlarında yanğın baş verib, 305 işçi təxliyə edilib, xəsarət alan yoxdur.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yanğının artıq söndürüldüyü bildirilir.

"Raspadskaya" Rusiyanın ən böyük kömür mədənidir, onun ehtiyatları təxminən 451 milyon ton təşkil edir. Mədən 100 minə yaxın insanın yaşadığı Mejdureçensk şəhəri yaxınlığında yerləşir.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər