Rossbax: Qeyri-rəsmi yaşayış məntəqələrinə qoyulan sərmayələr real investisiya kimi qəbul edilməlidir
Hazırda evində sanitar qovşağı olmayan ailələr, iş tapmaq üçün uyğun geyimi olmayan gənclər, öz biznesini qura bilməyən sahibkarlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyada çıxışı zamanı deyib.
"Biz daha bir nəslin gecəqondularda böyüməsinə imkan verə bilmərik" - deyən UN-Habitat-ın icraçı direktoru əlavə edib:
"Güclü siyasi iradə çox vacibdir, ona görə də mənzil təminatını genişləndirməliyik. Bu forum boyunca biz icma əsaslı yenidənqurma layihələrini, dövlət siyasətlərini müzakirə etmişik. Məqsəd yalnız qeyri-rəsmi yaşayış məntəqələrini yaxşılaşdırmaq deyil, onları şəhərlərə inteqrasiya etməkdir. Bu məntəqələrə qoyulan sərmayələr sosial xərc kimi deyil, real investisiya kimi qəbul edilməlidir. Çünki bu həqiqətən investisiyadır. Belə yerlərə investisiya qoyulduqda çoxaldıcı təsir yaranacaq, iş yerləri açılacaq, yerli iqtisadiyyat inkişaf edəcək və bu da ölkənin ÜDM-ində öz əksini tapacaq".
İcracı direktor qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi ilə bağlı artıq kifayət qədər təcrübə mövcuddur:
"İcmalar tərəfindən idarə olunan layihələr var, hökumətlərin həyata keçirdiyi proqramlar var. Bəzi ölkələr milli səviyyədə gecəqondu yenilənməsi strategiyaları hazırlayıblar. Dünyanın müxtəlif yerlərində çoxlu layihələr və təşəbbüslər həyata keçirilib. Amma cəmiyyət olaraq biz bunu hələ geniş miqyasda həyata keçirə bilməmişik. Bu layihələri davamlı dəyişikliklərə çevirmək və qeyri-rəsmi yaşayış məntəqələrinin problemlərini milli statistika, maliyyə və qanunvericilik sistemlərinə daxil etməkdə kifayət qədər uğur qazana bilməmişik".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Umayra Tağıyeva: "2036-cı ildə Azərbaycan Yerli Ətraf Mühit Gününə ev sahibliyi edəcək"













