Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və baş katibin siyasi məsələlər üzrə müavini Olaf Skuqla görüşüb.
"Far.Az" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.
"Baş katibin siyasi məsələlər üzrə müavini cənab Olaf Skuq və baş katibin sülh, təhlükəsizlik və müdafiə üzrə müavini cənab Devid Svax ilə məzmunlu müzakirələr apardıq. Aİ-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edir və müntəzəm siyasi əlaqələr və artan praktik əməkdaşlıq gündəliyi ilə dəstəklənərək, inkişafa davam edir. Son yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərə daha da təkan verib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirib.
Avropa üçün etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu və regional nəqliyyat əlaqələrinin, xüsusən Orta Dəhliz vasitəsilə gücləndirilməsinə verdiyi töhfə gələcək əməkdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır. Bərpa olunan enerji, rəqəmsallaşdırma, innovasiya və investisiya da daxil olmaqla yeni əməkdaşlıq sahələri də ön plana çıxır və ikitərəfli gündəliyin əhatə dairəsini genişləndirir.
Biz dinamikanı qorumağın və müzakirələrimizi qarşılıqlı faydalı nəticələrə çevirməyin vacibliyini vurğuladıq", - H.Hacıyev qeyd edib.
H.Hacıyev həmçinin Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə baş direktoru Qert Yan Kopman, Avropa İttifaqı Şurası prezidentinin baş məsləhətçisi Anna-Mariya Boura və Avropa Komissiyası prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə görüşüb. Görüşdə strateji prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb. Tərəflər əsas diqqəti nəqliyyat və enerji təhlükəsizliyinə yönəltməklə praktik təşəbbüslər və nəticələr vasitəsilə Azərbaycan-Aİ tərəfdaşlığını daha da gücləndirməyin yollarını müzakirə ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













