Misirli qubernator: "Qeyri-rəsmi tullantı yığanların sistemə inteqrasiyası zəruridir"
Tullantıların idarə olunmasında qeyri-rəsmi sektorun sistemə inteqrasiyası mühümdür.
"Far.Az" xəbər verir ki, bunu Misirin Əsvan qubernatoru Amr Laşin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövrənin qapanması: tullantıların idarə edilməsinin iqtisadi təsiri" adlı tədbirdə deyib.
A. Laşin rəsmi və qeyri-rəsmi sahələrdə tullantıların idarə olunması istiqamətində görülən işləri diqqətə çatdırıb: "Əsvan qubernatorluğu Misirin cənub hissəsində yerləşir və biz ölkəni Afrikaya bağlayırıq. Nil çayı boyunca yerləşən yaşayış sahələri, otellər, kruizlər və kənd təsərrüfatı fəaliyyətləri səbəbindən fərqli istifadə sahələrimiz mövcuddur. Bu səbəbdən illərdir həm rəsmi, həm də qeyri-rəsmi sahələrdə tullantıların idarə olunması istiqamətində çalışıram. Biz BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Tullantıya Həssas Şəhərlər (Waste Wise Cities) alətindən istifadə etməyə başladıq. Bu alət vasitəsilə zibilin miqdarını, onun tərkibindəki müxtəlif seqmentləri, haradan gəldiyini və problemin deyil, məhz mövcud imkanın miqyasını anladıq. Bölgədə otellərdən, Nil kruizlərindən, qeyri-rəsmi yaşayış sahələrindən, kənd təsərrüfatından və xəstəxanalardan gələn fərqli tullantı növləri mövcuddur".
Onun sözlərinə görə, qeyri-rəsmi tullantı yığanlar sistem üçün həlledici rol oynayır: "Sistemi sıradan çıxara biləcək şəxslər məhz qeyri-rəsmi tullantı yığanlardır, ona görə də onlarla əlaqə saxlayıb sistemə inteqrasiya olunacaqları barədə razılığa gəlmək çox mühüm idi. Başlanğıcda bizə inanmasalar da, onlara sistemdə olmağın faydalarını dərk edənə qədər heç bir məsuliyyətə cəlb olunmayacaqlarını dedik. Bu şəxslər həm həssas qrupdur, həm də prosesə cəlb olunmasalar bəzi boşluqlar taparaq sistemi səmərəsiz edə biləcək ən güclü çevrədir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib













