Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.
"Far.Az" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.
Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.
Dünya Güləş Birliyi (UWW) komandamızın mövsüm boyunca uğurlu çıxışına biganə qalmayıb. Belə ki, ali qurum Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Bununla bağlı UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.
Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyub.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
Camal Feyziyev: "Sevindirici haldır ki, doğma məkanda qalib gələrək çempion oldum"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb













