FIBA ukraynalı basketbolçuları danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edib
Far.Az xəbər saytı

FIBA ukraynalı basketbolçuları danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edib


FIBA ukraynalı basketbolçular Aleksandr Kolçenko və Sergey Priymakı danışılmış oyunlarda iştirak etdiklərinə görə ömürlük diskvalifikasiya edib.

"Report" TASS-a istinadən xəbər verir ki, FIBA-nın İntizam Komissiyası adıçəkilən oyunçuları matç nəticələrinin manipulyasiyası, basketbol qarşılaşmalarına mərc edilməsi və korrupsiya halları barədə məlumat verməməkdə təqsirli bilib.

Hər iki basketbolçuya ömürlük cəza tətbiq olunub.

Araşdırma zamanı oyunçuların 2024 və 2024/2025 mövsümlərində Filippinin "Nais Aces" və Sinqapurun "Adroit" klublarının oyunlarında nəticələrin manipulyasiyasında iştirak etdikləri müəyyənləşib.

İntizam Komissiyasının qərarına əsasən, hər iki basketbolçu FIBA-nın himayəsi altında keçirilən bütün yarış və tədbirlərdə oyunçu kimi iştirak etmək hüququndan ömürlük məhrum olunub. Bundan əlavə, onlara bu yarışlarda hər hansı digər vəzifəni icra etmək də qadağan edilib.

Qeyd olunub ki, tətbiq edilən sanksiyalar Ukrayna daxilində keçirilən, o cümlədən həvəskar yarışlara da şamil edilir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Cəbrayıl" klubunun futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AFFA tərəfindən klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər