Son 5 ildə Ağdam, Füzuli və Xocavənd rayonlarına 13700 nəfər köçüb
Far.Az xəbər saytı

Son 5 ildə Ağdam, Füzuli və Xocavənd rayonlarına 13700 nəfər köçüb


Son 5 ildə Ağdam, Füzuli və Xocavənd rayonlarına 13 min 700 nəfər köçüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, digər çalışanlarla birgə bu 3 rayonda 50 mindən çox adam yaşayır.

"Hədəfimizdir ki, bu il daha 30 min sakin doğma torpaqlarına qayıtsın. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikitinisinin başa çatması ilə bunu təmin edə biləcəyik".

Onun sözlərinə görə, bu gün azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur:

"Baş planlar elə tərtib olunur ki, əsas obyektlər bir yerdə cəmlənsin və insanlar üçün əlverişli olsun. Milli, mədəni və tarixi irsimizi qorunması da bərpa və quruculuq işlərində vacib yer tutur. Həmçinin müasir iş yerləri və ləayəqtli yaşayışın təmin edilməsi önəmlidir".

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə "yaşıl zona" prinsipi tətbiq edilir:

"Fərdi yaşayış evlərinin üzərində günəş panelləri yerləşdirilir, ikitərəfli sayğaclar tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin mənbəyi alternativ enerji mənbələrindən qaynaqlanır".

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər