WUF13-də Şəhərlər üçün izahlı lüğət təqdim olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhərlər üçün izahlı lüğətin təqdimat mərasimi keçirilib
"Report" xəbər verir ki, kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə lüğətin hazırlanmasında əsas məqsədin şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın va sistemli təsəvvürün yaratmaq olduğunu deyib.
"Şəhərsalma Terminlərinin İzahlı Lüğəti" dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. Bu lüğət həmçinin praktiki istinad mənbəyi kimi nəzərdə tutulub", - o deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov isə vurğulayıb ki, lüğətdən bu sahədə çalışan mütəxəssislər və media nümayəndələri yararlana bilər:
"Bu sahədə çalışan, fəaliyyət göstərən mütəxəssislərin, bu ixtisas üzrə təhsil alan tələbələrin və media nümayəndələri də daxil olmaqla bir çoxlarının istifadə edəcəyi faydalı vəsait olacaq. Bu lüğət terminologiyanın vahidləşdirilməsinə, əsas və aktual anlayışların daha düzgün başa düşülməsinə kömək edir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













