Azərbaycan XİN rəhbərinin müavini WUF13-də mina problemini gündəmə gətirib
Münaqişədən sonra Azərbaycan yenidənqurma işlərinə təxminən 15 milyard ABŞ dolları xərcləyib və hər il dövlət büdcəsinin təxminən 25 faizini bu istiqamətə ayırıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən "Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi" adlı tədbirdəki çıxışında deyib.
"Hər bir ölkənin və hər bir vəziyyətin özünəməxsus çətinlikləri var. Bizim üçün bu çətinliklərdən biri minalardır. Bərpaya və yenidənqurmaya başlaya bilərsiniz, lakin bu prosesin başlaması üçün əlverişli mühit olmalıdır. Azərbaycanda qarşılaşdığımız problemlərdən biri də odur ki, bərpa və yenidənqurmaya başlamazdan əvvəl təmizlənməsi lazım olan 1,5 milyon mina mövcud idi. Bu isə o deməkdir ki, maliyyə baxımından hazır ola bilərsiniz, siyasi baxımdan əlverişli şəraitiniz - məsələn, sülh sazişi və ya atəşkəs - mövcud ola bilər, amma ərazilərdə minalar olduğu üçün həmin bölgələrə daxil olmaq və bərpaya başlamaq mümkün olmur. Lakin düşünürəm ki, son bir neçə ildə formalaşdırdığımız model dünyaya yaxşı nümunədir. Münaqişədən sonra Azərbaycan təxminən 15 milyard ABŞ dolları xərcləyib və hər il dövlət büdcəsinin təxminən 25 faizini bu istiqamətə ayırıb. Bu da münaqişədən zərər çəkmiş ölkələr üçün yaxşı nümunədir: əgər hər şeyi sıfırdan qurursansa, daha yaxşı qurmalısan",- Yalçın Rəfiyev qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













