Maymuna Mohd Şarif: "WUF13 və WUF14 çərçivəsində real uğur hekayələrinin təqdim olunduğunu görəcəyik"
Far.Az xəbər saytı

Maymuna Mohd Şarif: "WUF13 və WUF14 çərçivəsində real uğur hekayələrinin təqdim olunduğunu görəcəyik"


"Mən xüsusilə mənzil siyasətinə toxunmaq istərdim. Bu, davamlı bir prosesdir. Təlimatlar və təşviqlər elə formalaşdırılmalıdır ki, həm maliyyə institutlarını, həm də yerli investorları şəhərlərə sərmayə yatırmağa həvəsləndirsin. Məncə, bu məsələ də olduqca vacibdir".

BAKU.WS xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif (Maimunah Mohd Sharif) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "NGIC, BMT-Habitat və SCUPA- Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişaf etdirilməsi: Qlobal öhdəliklərdən yerli təsirə" adlı sessiyada qeyd edib.

Onun sözlərinə görə, yalnız dövlət və özəl sektor deyil, yerli insanların da prosesə cəlb olunması vacibdir:

"Malayziyada yalnız mənzil məsələləri ilə məşğul olan xüsusi bir qurum fəaliyyət göstərir. Siz "Prima"nın vebsaytına baxa bilərsiniz. Onların əsas rolu əlçatan mənzil məsələlərinə fokuslanmaqdır. Bunun üçün liderlik, idarəetmə qabiliyyəti və düzgün idarəçilik lazımdır".

Maymuna Mohd Şarif sonda WUF13 və WUF14-ün mənzil siyasətinə uğurlu töhfələr verəcəyindən danışıb: "Ümid edirəm ki, WUF13 və WUF14 çərçivəsində real uğur hekayələrinin təqdim olunduğunu görəcəyik. Elə sessiyalar olmalıdır ki, şəhərlər öz uğurlu təcrübələrini paylaşsın və digər şəhərlər də onları nümunə götürərək uyğunlaşdıra bilsinlər. Çünki resurslarımızı itirib yenidən təkəri icad etmək istəmirik".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər