CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
CityNet, beynəlxalq audit şirkəti Deloitte tərəfindən təsis olunmuş Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülən ilk internet provayderi olub.
Hər il keçirilən tədbir çərçivəsində ölkənin özəl sektorunda fəaliyyəti ilə fərqlənən şirkətlər qiymətləndirilir. Müsabiqənin yekunlarına həsr olunan xüsusi tədbirdə mükafat CityNet-in baş icraçı direktoru İlqar Nəhmədova təqdim olunub.
"Bu mükafat uzunmüddətli inkişaf strategiyamızın, komandamızın peşəkarlığının və müştəriyönümlü yanaşmamızın təsdiqidir. Azerconnect Group-un tərkibində fəaliyyət göstərən CityNet olaraq məqsədimiz təkcə internet xidməti təqdim etmək deyil, ölkədə rəqəmsal transformasiyanın inkişafına real töhfə vermək, istifadəçilərə innovativ və dayanıqlı həllər təqdim etməkdir. Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülmək bizim üçün böyük qürur mənbəyi olmaqla yanaşı, gələcək hədəflərimiz üçün motivasiyadır", - deyə CityNet-in baş icraçı direktoru İlqar Nəhmədov vurğulayıb.
Qeyd edək ki, CityNet ötən il beynəlxalq Ookla Speedtest platforması tərəfindən Azərbaycanın ən yaxşı sabit şəbəkə operatoru seçilib. Eyni zamanda, şirkət tam OTT TV məhsul portfelini, "Hybrid STB" həllini, o cümlədən Smart TV tətbiqlərini aparıcı televiziya brendləri və əməliyyat sistemlərində istifadəyə verib. Bundan əlavə, CityNet Digiturk ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu platformanı öz abunəçilərinə təqdim edib.
Best Managed Companies müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin idarəetmə keyfiyyəti, strateji inkişaf yanaşması, insan resurslarının effektiv idarə olunması, maliyyə dayanıqlılığı və korporativ sosial məsuliyyət istiqamətlərində beynəlxalq meyarlar əsasında qiymətləndirilməsini hədəfləyir. Layihə eyni zamanda şirkətlər arasında qabaqcıl idarəetmə təcrübələrinin artırılmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.
CityNet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan CityNet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. CityNet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. CityNet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Azerconnect Group" regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













