Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli üçün yeni çoxtərəfliliyə çağırış edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, o, WUF13 çərçivəsində keçirilən "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru" tədbirində deyib ki, WUF13 çərçivəsində keçirilən müzakirələrdə qlobal mənzil böhranı, məlumatlara çıxışda bərabərsizlik və yeni çoxtərəflilik modeli əsas mövzular kimi ön plana çıxıb.
"Mənzil və şəhər inkişafı sahəsində mövcud problemlərin həlli üçün yalnız elmi tədqiqatlara əsaslanmaq kifayət etmir. Praktikada çalışan mütəxəssislərin prosesə daha çox cəlb olunması və "birgə istehsal" yanaşmasının tətbiqi vacibdir. Qlobal Şimal və Cənub arasında məlumatlara çıxış və institusional imkanlar baxımından ciddi fərqlər mövcuddur. Bəzi məlumatların ümumiyyətlə əlçatan olmaması və ya "qapalı" qalması qərarların qəbuluna mənfi təsir göstərir. Ona görə də çalışan praktiklərin çoxu gördükləri işləri sənədləşdirmək və məlumat bazası yaratmaq imkanına malik deyil. Bu səbəbdən dövlətlər, cəmiyyətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi tələb olunur.
Siyasi və texniki sahələr arasında boşluq da var. Şəhər planlaşdırması və mənzil siyasəti təkcə texniki deyil, eyni zamanda siyasi xarakter daşıyır, xüsusilə torpaq istifadəsi kimi məsələlərdə ciddi siyasi qərarlar rol oynayır. WUF13 çərçivəsində ilk dəfə dövlət başçıları və ekspertlərin eyni platformada bir araya gələrək şəhərsalma və mənzil siyasətini texniki səviyyədə müzakirə etməsi mühüm irəliləyiş oldu".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













