UN-Habitatın ofis rəhbəri: "Ərbilin tarixi irsinin qorunması üçün dörd sütunlu konsepsiya hazırlanıb"
Far.Az xəbər saytı

UN-Habitatın ofis rəhbəri: "Ərbilin tarixi irsinin qorunması üçün dörd sütunlu konsepsiya hazırlanıb"


İraqın Ərbil şəhəri BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) insanmərkəzli və inteqrasiyalı yanaşma təşviq edilərək transformasiyanın mərkəzinə yerləşdirib.

"Far.Az" xəbər verir ki, barədə UN-Habitatın İraq ofisinin rəhbəri Muslim Qazimi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ərbil unikal bir şəhərdir: "Çünki UNESCO-nun qeydiyyatına alınmış irsi ərazidir. Qorunma tələb olunur, çünki Qala genişlənən urbanizasiya və mənzil tikintisinin əhəmiyyətli təzyiqi ilə üzləşir. Bu baxımdan, irsin qorunması ilə mənzil əlçatanlığı arasında tarazlıq yaratmağa çalışırıq. Biz Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindəki (JICA) tərəfdaşlarla birlikdə bu layihəni 2050 Ərbil Baş Planına inteqrasiya etmək və irsi ərazilərin mükəmməl şəkildə qorunmasını təmin etmək üçün əlimizdən gələni edirik".

O bildirib ki, onlar iki əsas layihə fəaliyyətinə diqqət yetirəcəklər: "Birincisi, evlərin də qorunmalı olduğu irsi əraziləri ehtiva edən Qalanın bufer zonasının canlandırılması olacaq. Həmçinin, əlçatan mənzilin necə göründüyünü nümayiş etdirmək üçün pilot həllər sınaqdan keçirərək əlçatan mənzil variantlarını araşdıracağıq. Bu, yalnız planlaşdırma ilə bağlı deyil; tətbiq oluna bilən və miqyaslandırıla bilən həllərin təqdim edilməsi ilə bağlıdır. Gözləyirik ki, uğurlu tətbiqdən sonra bu layihə oxşar irsi ərazilərə malik İraqın digər bölgələrində necə miqyaslandırıla biləcəyinin nümayişi kimi xidmət edəcək".

BMT rəsmisi Ərbilin irsi və mədəni mirasını qorumaq üçün işlərin 4 əsas sütun konsepsiyası üzərində qurulduğunu deyib: "Birincisi, irsin qorunmasını mənzil həlləri ilə əlaqələndirən inteqrasiyalı şəhər inkişafıdır. İkincisi, təhlükəsiz, adekvat və əlçatan mənzilə çıxışı təmin edən inklüziv mənzildir. Biz insanların mənzilə çıxışı olmayan və ya mənzilin əlçatmaz olduğu bir layihə qurmaq və ya başlatmaq istəmirik. Üçüncü, sütun qurumlarla işləyərək onların potensialını gücləndirməyi, dünyanın hər yerindən mütəxəssislərin cəlb edilməsini əhatə edir".

M. Qazımi deyib ki, sonuncu sütun isə çoxtərəfli əməkdaşlıqdır: "Bu, çox unikal bir layihədir, çünki biz üç PPP - Dövlət, Özəl sektor və Tərəfdaşlığını bir araya gətiririk. Burada hökumət orqanları, özəl sektor və beynəlxalq təşkilatlar bu layihəni dəstəkləmək üçün əməkdaşlıq edir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər