Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib
Cəlilabad rayonunda yeni yaşayış məskəni aşkarlanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olmayan yeni yaşayış məskəni – Oğlantəpə aşkar edilib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan tunc – ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.
Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.
İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən ilk tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.
Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.
Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində ilk tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.
Oxşar xəbərlər
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













