Sinqh: Qayıdış hüququ yalnız fiziki sərhədləri keçməklə bağlı deyil - YENİLƏNİB
Far.Az xəbər saytı

Sinqh: Qayıdış hüququ yalnız fiziki sərhədləri keçməklə bağlı deyil - YENİLƏNİB


Təzminatlar adekvat, effektiv, operativ, həmçinin pozuntuların ağırlığına və dəymiş ziyana mütənasib olmalıdır.

"Far.Az" xəbər verir ki, bunu bunu Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının 81-sessiyası çərçivəsində keçirdiyi tədbirdə BMT-nin Afrika mənşəli şəxslərin işləri üzrə Daimi Forumunun üzvü Cun Kristin Mari Somer deyib.

"Qayıdış hüququ və dekolonizasiya: Gecikmiş tarixi ədalətin bərpası" mövzusunda müzakirələrdə Kanadada "Sikh Federation International" təşkilatının hüquq müşaviri Virrinq Prabjot Sinqh isə bildirib ki, qayıdış hüququ yalnız fiziki sərhədləri keçməklə bağlı deyil:

"Bu, insanların qorxu, ayrı-seçkilik və ya siyasi cəza olmadan öz vətənləri, irsləri və müqəddəs məkanları ilə yenidən əlaqə qura bilməsini təmin etməklə bağlıdır".

Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 81-sessiyasına qatılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarınbda məlumat paylaşılıb.

"Bakı Təşəbbüs Qrupu yenidən BMT Baş Assambleyasında", - paylaşımda bildirilib.

Qeyd olunub ki, "Qayıdış hüququ və dekolonizasiya: Gecikmiş tarixi ədalətin bərpası" mövzusunda müzakirələr aparılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Sinqh: Hindistan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər