Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Far.Az xəbər saytı

Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA


Azərbaycan və Gürcüstan paytaxtları arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı mühüm qərar qəbul edilib.

Far.Az-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişiklikdən sonra Bakı–Tbilisi istiqamətində beynəlxalq sərnişin qatarlarının hərəkəti yenidən mümkün olacaq.

Maraqlıdır ki, digər istiqamətlərdə də dəmir yol xidməti bərpa ediləcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Far.Az-ə bildirib ki, digər istiqamətlərdə oxşar qərarların verilməsi Nazirlər Kabineti tərəfindən aparılan qiymətləndirmələrdən sonra mümkün ola bilər:

"Bu, hökumətin qiymətləndirmələri ilə bağlıdır. Mövcud çağırışlar və risklərin nəzərə alınaraq qərarların verilməsi əsas şərtlərdən biridir.

Mütəmadi olaraq Nazirlər Kabineti tərəfindən bu istiqamətdə qiymətləndirmələr davam etdirilir. Bu istiqamətdə yeni qərarların qəbul ediləcəyi birbaşa Nazirlər Kabinetinin qiymətləndirmələrindən və qərarından asılı olacaq".

Orxan Hüseyn

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər