İran və Oman Hörmüzdən keçid üçün ödəniş sistemini müzakirə edir
İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyə nəzarəti rəsmiləşdirəcək daimi rüsum sisteminin yaradılması barədə danışıqlar aparır.
"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" İranın Fransadakı səfiri Mohammad Amin-Nejada istinadən məlumat yayıb.
"İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir. Bu, xərclər tələb edəcək və təbii ki, bu axından faydalanmaq istəyənlər də öz hissələrini ödəməli olacaqlar", - diplomat qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb













